İtaliya millisinin liderlərindən olan Andrea Pirlo,
"Avro-2012"nin yarımfinalında Almaniyaya qarşı keçirəcəkləri oyunla bağlı
UEFA-nın rəsmi saytına açıqlamalar verib. Siasport.az saytı xəbər verir ki, təcrübəli futbolçu bildirib ki, almanlar onlarla qarşılaşmaqdan çəkinirlər: "O zamanla indiki arasında yeganə
fərq bundadır ki, həmin vaxt almanlar doğma meydanda oynayırdı və onları
xeyli azarkeş dəstəkləyirdi. İndi isə vəziyyət bərabərdir. Bizim yaxşı
komandamız var və İtaliyanın bütün mövqeləri güclüdür. Almaniya altı il
əvvəlki oyun üslubunu dəyişməyib. Bu dəfə biz tamamilə ayrı bir
yarımfinal görəcəyik. Əminəm ki, almanlar son oyunlarımızın
statistikasına baxanda bizdən qorxurlar. Onlar 2006-cı ildəki
uğursuzluğun təkrarlanmasını istəmirlər. Son illər onlar altı yarımfinalda oynayıblar. Biz almanları yaxşı
öyrənmişik və inanıram ki, bu komandaya qalib gələ bilərik. İngilislərlə
matçda olduğu kimi öz oyunumuzu diktə etməyə çalışacağıq. Amma onu da
bilirik ki, bu, fərqli bir qarşılaşma olacaq. Çünki almanlar açıq
futbola üstünlük verəcəklər" – deyə Pirlo bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB