Bakıda keçiriləcək Avropa çempionatında16 ölkənin komandası mübarizə aparacaq

Bakıda keçiriləcək Avropa çempionatında16 ölkənin komandası mübarizə aparacaq
İsveçrənin Nyone şəhərində 17 yaşınadək futbolçular arasında (U-17) Avropa çempionatının yarımfinal görüşləri keçirilib. Siasport.az saytı xəbər verir ki, həmin görüşlərin qalibləri bu ilin payızında Azərbaycanda keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanıblar. İkinci yarımfinalda Almaniya 2:0 hesabı ilə Danimarkaya qalib gələrək mundiala vəsiqə qazanıb.
Birinci yarımfinalda İsveçrəni 5:1 hesabı ilə məğlubiyyətə uğradan Fransa da dünya çempionatında oynamaq hüququ qazanıb.
Beləliklə, 2012-ci ilin dünya çempionatında oynayacaq 16 komandanın hamısı müəyyən olunub: Azərbaycan, Çin, Şimali Koreya, Yaponiya, Braziliya, Uruqvay, Kolumbiya, Qana, Nigeriya, Qambiya, Yeni Zelandiya, ABŞ, Kanada, Meksika, Fransa və Almaniya.

Bütün xəbərlər Facebook səhifəmizdə