"Neftçi" futbol kiubu Türkiyə hazırlığı çərçivəsində ikinci yoxlama oyununu keçirib. Flaqman məskunlaşdığı "Koru" otelinin meydançasında İran çempionu "Sepahan"la qarşılaşıb. Siasport.az idman portalının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüş komandamızın 1:0 hesablı qələbəsi ilə nəticələnib. "Neftçi"nin qələbə qolunu isə Flavinyonun aktivinə yazılıb.
"Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyevin "Sepahan"la oyunu şərh edərkən ümumilikdə oyundan razı qaldığını bildirib: "İlk görüşlə müqayisədə futbolçular bir-birini daha yaxşı başa düşürdü. Rəqibimiz də Asiya qitəsində öz adından söz etdirmiş İran çempionu idi. Nəticə isə qələbə ruhunu qoruyub saxlamaq baxımından vacibdir. Toplanışa cəlb olunmuş gənc futbolçulara da şans verdik və onlar da ümidləri doğruldurlar. Çalışacağıq ki, ixtiyarımızda olan hazırlıq müddətindən maksimum yararlanıb komandanı tam hazır vəziyyətə gətirək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB