“İnter” İsveç klubuna məğlub olub

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Beynəlxalq Bankınının 20 illiyinə həsr olunmuş beynəlxalq futbol turniri başlayıb. Siasport.az saytının məlumatına görə, artıq \"B\" qrupunun oyunlarına start verilib. Ev sahibi \"İnter\" komandası turnirdəki debüt oyununda İsveçin \"Brommapojkarna\" komandasını qəbul edib. Məlumat üçün bildirək ki, maraqlı keçən qarşılaşma İsveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə