“Neftçi” Gürcüstan klubu ilə qarşılaşacaq

“Neftçi” Gürcüstan klubu ilə qarşılaşacaq
Flaqmanın rəqibi müəyyənləşib. Siasport.az saytının məlumatına görə, rəqib Nyonda UEFA Çempionlar Liqasının 2012 -2013-cü il mövsümünün püşkatma mərasimində müəyyənləşib. Belə ki, püşkatmada I və II təsnifat mərhələsinin komandaları məlum olub. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Azərbaycan təmsilçisi "Neftçi"nin rəqibi püşkün nəticəsinə əsasən, Gürcüstanın "Zestafoni" komandası olub.

Məlumat üçün bildirək ki, "Neftçi" – "Zestafoni" arasında ilk oyun iyulun 17 -18-də, cavab qarşılaşması isə iyulun 24 -25-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə