II play off mərhələsinin oyunlarına start verilib

2012-ci ilin "İdman ili" elan edilməsini, ölkədə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk "Gənclər Kuboku" turnirinə start verib. SİA-nın xəbərinə görə, turnir çərçivəsində I play off mərhələsi yekunlaşıb və II play off mərhələsinin oyunlarına start verilib. II play off mərhələsinin ilk 4 oyunu 24 iyun tarixində AFFA-nın Futbol Akademiyasının meydançasında baş tutub və qalib komandalar qrup mərhələsinə vəsiqə qazanıblar.


Kreativ Gənclər Klubu İctimai Birliyi 8:3 Sektor 11


Bakı Musiqi Akademiyası TGT 6:2 Miras İctimai Birliyi


"İRƏLİ" İctimai Birliyi 13:3 Earth Hour Azerbaijan


AGAT 0:5 Gənclər Turizm İctimai Birliyi


Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat

tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...