Almaniyanın rəqibi kim olacaq- İngiltərə, yoxsa İtaliya?

Almaniyanın rəqibi kim olacaq- İngiltərə, yoxsa İtaliya?

Bu gün futbol üzrə Avropa çempionatında sonuncu yarımfinalçı müəyyənləşək. Kiyevin "Olimpiyski" stadionunda keçiriləcək matçda İngiltərə və İtaliya yığmaları qarşılaşacaq.


Ukrayna futbol fanatlarının İtaliyaya azarkeşlik edəcəyini indidən söyləmək olar. Səbəb isə Ukrayna yığmasının İngiltərənin qapısına vurduğu qolun hesaba alınmaması, nəticədə Oleq Bloxinin komandasının mübarizəni dayandırması oldu.


Ümumiyyətlə isə, ingilislər ilk görüşdə fransızlarla heç-heçə (1:1) oynadıqdan sonra, İsveçə 3:2 və Ukraynaya 1:0 hesabı ilə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanmışdı.


İtaliya isə ilk iki turda güclü İspaniya və Xorvatiya ilə 1:1 oynayıb, İrlandiyaya 2:0 qalib gələrək qrup ikincisi kimi İngiltərəyə rəqib olmuşdu.


Bugünkü görüşün favoritinə gəlincə, şanslar bərabərlər qiymətləndirilsə də, italyanların üstün olacağı güman edilir. Cütün qalibi yarımfinalda Almaniya yığmasının rəqibi olacaq.


23:45. İNGİLTƏRƏ – İTALİYA

Baş hakim: Pedro Proensa (Portuqaliya)

Kiyev. "Olimpiyski" stadionu .

Bütün xəbərlər Facebook səhifəmizdə