Futbol üzrə Avropa çempionatının ikinci ¼ final görüşündə Almaniya Yunanıstanla qarşılaşıb. Oyun almanların böyük üstünüyü şəraitində keçsə də, hesab 1:1 olarkən Lövün komandasının azarkeşləri növbəti qoladək həyacan keçirdiər və "qədim Ellada" təmsilçilərinin bundan əvvəlki görüşdə Rusiyaya yaşatdıqlarını Almaniyanın da başına gətirəcəyindən ehtiyat etdiər.
Amma ard arda almanlardan 3 qol gəincə artıq AFR-in yarımfinala çıxacağına şübhə qalmadı. Qarşılaşmanın sonuna bir dəqiqə qalmış təsəlli penaltisi isə yunanları, sadəcə, böyükhesablı məğlubiyyətdən xias etdi. Yeri gəlmişkən, bu "Avro-2012"-də vurulan ilk penalti idi.
Almaniya – Yunanıstan - 4:2
Qollar: Lam, 39 (1:0), Samaras, 55 (1:1), Xedira, 61 (2:1), Kloze, 68 (3:1), Reus, 74 (4:1), Salpinqidis, 89, pen. (4:2)
Baş hakim: Damir Skomina (Sloveniya)
Almaniya: Noyer, Hummels, Badştuber, Lam, Boatenq, Xedira, Şvaynştayger, Məsut Özil, Şürle (Müller, 67), Reus (Qötze, 80), Kloze (Qomez, 80)
Yunanıstan: Sifakis, Maniatis, Tzavellas (Fotakis, 46), Papadopoulos, Torossidis, Papastatopoulos, Makos (Liberopoulos, 72), Ninis (Gekas, 46), Katsouranis, Samaras, Salpinqidis
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB