Platiniyə qarşı cinayət işi açılacaqmı?

Ali Radanın deputatı Yuriy Karmazlin UEFA prezidenti Mişel Platiniyə və futbol üzrə Avropa çempionatı çərçivəsində keçirilmiş Ukrayna-İngiltərə oyununu idarə etmiş hakimlərə qarşı cinayət işinin açılmasını Ukrayna Baş Prokurorluğundan tələb edib.


"Novıy Region" xəbər verir ki, deputatın sözləriə görə, Ukraynanın vurduğu qolun hesaba alınmaması "ölkənin imicinə zərər vurub". Karmazlinin fikrincə, hakimlər qolu qəsdən hesaba almayıblar və güman ki, ortada korrupsiya marağı olub.


Karmazlin belə hesab edir ki, bu faktla bağlı Platininin qəsdən heç bir tədbir görməməsinə görə isə UEFA prezidentinə qarşı cinayət işi qaldırılmalıdır. Millət vəkili çıxışını deputat sorğusuna daxil edib Baş Prokurorluğa göndərilməsini istəyib.


Xatırladaq ki, İngiltərə-Ukrayna görüşündə meydan sahiblərinin hücumçusu Marko Daveçin vurduğu qolu macar hakim Viktor Kaşşin hesaba almamışdı və o, matçdan sonra səhvini etiraf etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə