Futbol üzrə Bakı şəhər çempionatına yekun vurulub. Siasport.az saytının məlumatına görə, çempionatda iki yarım qrupda 14 komanda iştirak edib. Gərgin mübarizə şəraitində keçən oyunlarda finala İnter (Zabrat), Svit, Binə, Səma komandaları vəsiqə qazanıb. 21 iyun 2012-ci il tarixdə Zabrat qəsəbəsi İnter futbol klubunun meydançasında final oyunları keçirilib. İnter (Zabrat)-Binə komandaları arasında gedən mübarizədə İnter komandası 1:0 hesabı ilə, digər final oyununda isə Svit-Səma komandaları arasında gedən mübarizədə isə Səma komandası 2:0 hesabı ilə qalib gəlib. Beləliklə, nəticələrə görə I yerə İnter komandası, II yerə Binə komandası, III yerə isə Səma komandası layiq görülüb.
Məlumat üçün bildirək ki, yarışda I, II və III yerləri tutmuş komandalar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən kubok, müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB