U-17 Dünya çempionatı Qafqaz Universitetində də təqdim olunub

Bu gün Qafqaz Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə "Karyerada ilk addım" adlı əmək yarmarkası keçirilib. Siasport.az saytının məlumatına görə, gənclər üçün müxtəlif yeni iş yerlərinin təqdim edildiyi sərgidə bir çox müəssisə və təşkilat iştirak edib. FIFA U-17 qadınlararası dünya çempionatının Yerli Təşkilat Komitəsi (YTK) də sərgidə iştirak edib, gənclərə çempionatın təşkilində könüllülük və iş imkanları haqqında məlumat verib. Sərgi ziyarətçiləri könüllülük proqramına böyük maraq göstərib və YTK nümayəndələrinə öz suallarını ünvanlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə