EURO-2012: İlk yarımfinalçı Portuqaliya oldu - FOTO

EURO-2012: İlk yarımfinalçı Portuqaliya oldu - FOTO

Futbol üzrə Avro çempionatının ilk ¼ final oyunu keçirilib. Yarımfinala vəsiqə qazanan ilk komanda Portuqaliya yığması olub. Portuqaliyalılar Çexiya yığmasını 1:0 hesabı ilə məğlub ediblər. Qarşılaşmada yeganə qolu 79-cu dəqiqədə Kriştianu Ronaldu vurub.


Oyunun gedişində portuqaliyalılar əhəmiyyətli üstünlüyə malik olublar və rəqibin qapısıena 20 zərbə endiriblər. Amma bu zərbələrdən yalnız 5-i Petr Çexin qoruduğu qapıya tuş gəlib. Çexiyalılar isə qapıya cəmi iki zərbə endiriblər və çərçivəni bir dəfə də nişan ala bilməyiblər.


Portuqaliya millisi yarımfinalda İspaniya-Fransa qarşılaşmasının qalibi ilə rəqib olacaq. Bu oyun iyunun 23-də Bakı vaxtı ilə saat 23.45-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə