"Tofiq Bəhramov adına Respublika Stadionda son hazırlıq işləri gedir, demək olar ki ,tam hazırdır". SİA-nın məlumatına görə, Bakıda keçiriləcək 17 yaşadək qadınlararası futbol üzrə Dünya Çempionatının hazırlıq işlərindən danışan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yarışlar üçün digər stadionların hamısı hazırdır. Onun sözlərinə görə, iyulun 6-sı püşkatma mərasimi keçiriləcək və bununla bağlı Azərbaycana tanınmış futbolçular gələcək.
Nazir həmçinin AVRO 2012 oyunlarında İtaliya yığmasına azarkeşlik etdiyini bildirib.
Azərbaycanın 2024-cü il Olimpiya Oyunlarına namizədliyini irli sürüb-sürməyəcəyi məsələsinə aydınlıq gətirən nazir qeyd edib ki, bu dövlət başçısının səlahiyyətində olan məsələdir: "Bizim 4 il vaxtımız var, bu barədə məsləhətləşmələr gedəcək. Gələcəkdə bu barədə məlumat veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB