Azərbaycan yığması Frankfurtda qələbə qazanıb

Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında iştirak edir. Siasport.az saytının məlumatına görə, toplanış çərçivəsində yığmamız Lüksemburqun müvafiq yaş qruplu komandası ilə yoldaşlıq oyunu keçirib. Məlumat üçün bildirək ki, görüş 3:1 hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb. Rəqib komandanın qapısından keçən topların müəllifi Elnur Cəfərov olub.

Bütün xəbərlər Facebook səhifəmizdə