Rövşən Hüseynov Olimpiya oyunlarında hakimlik edəcək

Həmyerlimiz Rövşən Hüseynov 2012-ci il London Olimpiadasında boks yarışlarında hakimlik edəcək. Boks Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, İyulun 28-də başlayacaq Olimpiya oyunları avqustun 12-dək davam edəcək.

37 yaşlı Rövşən Hüseynov AİBA tərəfindən 5 ulduzlu hakim kimi qiymətləndirilib. Hüseynov son illərdə bir çox əhəmiyyətli beynəlxalq yarışlarda ölkəmizi referi kimi təmsil edib. O, Avropa çempionatında (2010, Ankara) , dünya çempionatında (Bakı, 2011), Avropa Olimpiya lisenziya turnirində (Trabzon, 2012 ), qadınlar arasında dünya çempionatında (Quançjao, 2012) hakimlik edib.

Qeyd edək ki, Hüseynov boksda ölkəmizin ilk Avropa çempionudur. O, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən qitə çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həmyerlimiz həm də dünya kubokunun qalibi olub.

Xatırladaq ki, 2008-ci ildə Pekində təşkil olunan Olimpiadada boks yarışlarında hakim kimi təmsilçimiz olmamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...