Ötən mövsüm "Bakı"dan ayrılan və paytaxtın digər təmsilçisi "İnter"in heyətində çıxış edən Əziz Quliyev yenidən "Bakı"ya qayıdır. Siasport.az saytının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, futbolçu artıq Sloveniyada təlim-məşq toplanışında olan "Bakı"nın düşərgəsindədir.
Məlumat üçün bildirək ki, gənc yarımmüdafiəçi komandanın məşqlərində iştirak edir. Milli komandasının oyunu səbəbindən toplanışa gec qoşulan İbrahim Karqbo da məşqə çıxanlar arasında olub. Elvin Əliyev, Elşad Manafov, Uinston Parks və İbrahim Karqbo fərdi məşq edərkən, qrup halında meydan çıxan futbolçular fiziki dözümlülüyün artırılması istiqamətində çalışıblar. Hazırlıqları gündə iki məşqlə davam etdirən "Bakı" 2 gün sonra Ukraynanın "Tavriya" klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB