Oleq Bloxin: “Adamsansa qalx, çölə çıxaq üzümə söylə” - QALMAQAL

İngiltərənin Ukraynanı 1:0 məğlub etdiyi qarşılaşmadan sonra baş məşqçisi Oleq Bloxinə mətbuat konfransında Rolan Qusevi komandaya daxil etmədiyinə görə onu tənqid edən ukraynalı jurnalistə\'\' adamsansa qalx, çölə çıxaq üzümə söylə\'\' deyib. Siasport.az-ın xarici mətbuata istinadən məlumatına görə, Oleq Bloxin: "Nə istəyirsənsə yaz, amma cəsarətin varsa, gəl bunu üzümə de. Futbol oynadığım günlərə hörmət göstərməlisən. Sən futbol oynayıbsan? Mənə və işimə hörmət et. Heç kimin komandamızı tənqid etməyinə icazə vermərəm"- deyə fikirlərini ifadə edib.

Daha sonra mübahisəyə müdaxilə edən UEFA rəsmisi jurnalistlərdən rəy bildirmədən sual vermələrini xahiş edib: \"Bura mətbuat konfransıdır, məhkəmə deyil\".

Bloxin mətbuat konfransında hakimləri də tənqid edib. Xüsusilə, Marko Deviçin zərbəsi zamanı topun qapı xəttini keçdiyini görməyən hakimə əsəbləşən baş məşqçi \"5 hakimə qarşı nə edə bilərəm?! Top qapı xəttini 50 santimetr keçib. Amma qol sayılmayıb. Hakimlərin heç biri bunu görməyibsə nə deyə bilərəm. Nə işə yarıyırlar o hakimlər\", - deyib.

Ukrayna baş məşqçisi hakimin Cohn Terri və Endi Karolun dirsək zərbələrini də görməməzlikdən gəldiyini bildirərək: \"Bizim üçün uğursuz bir gün idi. Hər şeyi hakimlərin üzərinə yıxmaq istəmirəm\", - deyərək konfransa yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...