“Qara Qartallar” qapılarını Poul Robinsona təhvil verib

Maliyyə böhranı səbəbiylə konkret addımlardan çəkinən "Beşiktaş" etdikləri transfer ilə sanki partlayış edib. Siasport.az saytının məlumata görə, "Qara-ağlı" komanda 41 dəfə İngiltərə Millisinin formasını geyinmiş "Lids Yunited", "Tottenhem" və "Blackbön Rovers" kimi klublarda oynayan 32 yaşlı qolkiper Poul Robinson ilə razılığa gəlib. Ulduz qapıcının qarşıdakı günlərdə Türkiyəyə gələrək təlim-məşq proseslərini izlədikdən sonra transfer şərtlərini imzalayacağı gözlənilir.

Xatırladaq ki, 2010 Dünya Kupoku zamanı İngiltərə milli komandasının heyətində yer alan Robinson, sonrakı mövsüm "Blakbörn" formasıyla Premier Ligada oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...