Gənc pəhləvanlarımız Avropa çempionatında

Gənc güləşçilərimiz Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatın proqramına əsasən iyunun 19-da sərbəst güləş üzrə 4 çəki dərəcəsində ən güclülər müəyyənləşib. Siasport.az saytının məlumatına görə, yığmamız çempionatın ilk günündə 1 qızıl və 2 bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adına layiq görülüb.


Təmsilçimiz birinciliyə gedən yolda Moldova, Albaniya, Rusiya və Türkiyə güləşçiləri üzərində qələbə əldə edib. 74 kq çəki dərəcəsində Elcan Usubzadə və 96 kq-da Səid Həmidov çempionatın bürünc mükafatını layiq görülüblər. Həlledici görüşdə güləşçilərimiz müvafiq olaraq ukraynalı Sergey Odinak və gürcü Omar Qusoşvilini məğlubiyyətə uğradıb.


Qeyd edək ki, bu gün həmçinin gənclərin Avropa çempionatında böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə Qalib Əliyev (55 kq), Bəxtiyar İsrafilli (66 kq), Pərviz Axundov (84 kq) və Əli Maqomedibirov (120 kq) qalibiyyət uğrunda mübarizə aparacaqlar.


Aygün İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...