“Simurq”dan daha 3 yenilik
"Simurq" futbol klubu transfer dövründə daha bir futbolçu ilə yollarını ayırıb. Siasport.az saytının məlumatına görə, artıq 1 il idi ki, Zaqatala təmsilçisinin heyətində çıxış edən Ruhid Usubov ilə müqavilə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl dayandırılıb.

Məlumat üçün bildirək ki, keçən mövsümün ikinci dövrəsindən icarə əsasında "Simurq"da çıxış edən Ruslan Poladovla isə bir illik müqavilə imzalanıb.

Bundan əlavə, "Simurq" Rəşad Eyyubovla da müqavilə imzalayıb. Belə ki, müqavilə müddəti başa çatdığına görə komandadan ayrılan gənc futbolçu ilə artıq ilkin razılığa gəlib.

Qeyd edək ki, gənc futbolçu ilə bu həftə ərzində rəsmi müqavilə imzalanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə