EURO-2012: İngiltərə və Fransa millisi ¼ finalda

EURO-2012: İngiltərə və Fransa millisi ¼ finalda

Ukrayna millisi futbol üzrə Avropa çempionatının ¼ final mərhələsinə çıxa bilmədi. Ukraynalılar qrup mərhələsinin son oyununda İngiltərə yığmasına 0:1 hesabı ilə məğlub olublar və 3 xalla qrupda üçüncü yeri tutublar.


Qarşılaşmada yeganə qolu ikinci hissənin əvvəllərində Ueyn Runi vurub. Qarşılaşmada ən kritik an 62-ci dəqiqəyə təsadüf edib. Hakim Marko Deviçin Co Hartın qapısına vurduğu qou saymayıb. O, cəriə meydançasının mərkəzində qapıya zərbə vurub, lakin Con Terri topu qapıdan çıxarıb. Həmin anın videotəkrarında aydın görünür ki, top qapı xəttini keçib. Lakin qapı arxasındakı hakim bunu görməyib və qol sayılmayıb.


D qrupundan ¼ final mərhələsinin növbəti iştirakçısı Fransa millisi olub. Fransızlar İsveç yığmasına 0:2 hesabı ilə məğlub olsalar da, 4 xalla qrup mərhələsini ikinci yerdəbitiriblər.


Beləliklə, Avropa çempionatının ¼ final mərhələsinin bütün cütlükləri məlum olub: Çexiya-Portuqaliya, Almaniya-Yunanıstan, İspaniya-Fransa və İngiltərə-İtaliya. ¼ finalın ilk oyunu iyunun 21-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə