“İnter” Sloveniyada yoxlama oyunu keçirib

“İnter” Sloveniyada yoxlama oyunu keçirib
"İnter" futbol klubu Sloveniyada təlim-məşq toplanışına start verib. Siasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi artıq ilk yoxlama oyununu keçirib. Belə ki, Avstriyanın "Kapfenberq" klubu ilə qarşılaşan paytaxt təmsilçisi rəqibinə 1:0 hesabı ilə məğlub olub. Oyunda vurulan yeganə qolun müəllifi Avstriya komandasının heyətində çıxış edən Armin Masoviç olub. O, 75-ci dəqiqədə fərqlənib.

Qeyd edək ki, "İnter" futbolçuları növbəti yoxlama oyununu iyunun 21-də keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə