Hollandiyalılar Avro 2012 şokunu yaşayır

2010-cu il Dünya Kuboku finalçısı Hollandiya Avro 2012-də keçirdiyi 3 qarşılaşmada qeydə alınan məğlubiyyətlə finala vidalaşdıqdan sonra şoka düşüb. Siasport.az saytının məlumatına görə, "Portağallılar"ın baş məşqçisi Van Marvik qrupdakı ilk oyununda Danimarkaya məğlub olduqdan sonra inamın sarsıldığını ifadə edib: "Baş tutan 3 qarşılaşmada da əslində oyuna yaxşı başladıq. Lakin davamını gətirə bilməyərək məğlubiyyətlərlə üzləşdik. Portuqaliya ilə oyunda da hesabda irəli keçməyimizə baxmayaraq hesabı qoruya bilmədik".

Daha sonra Danimarka ilə ilk qarşılaşmadan sonra inamlarının itdiyini deyən Van Marvik Dünya Kubokunda sərgilənən uğurlu çıxışdan sonra gözlənilənlərin yüksək səviyyədə olduğunu, buna baxmayaraq məğlub olduqlarını bildirib.Onu da əlavə edək ki, baş məşqçi gələcəkdə komandada qalıb qalmayacağı haqda sualları isə cavabsız qoyub.

Bütün xəbərlər Facebook səhifəmizdə