Euro-2012: C qrupunun qalibi kim olacaq?

Euro-2012: C qrupunun qalibi kim olacaq?

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilir. SİA-nın verdiyi məlumata görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçiriləcək turnirin onbirinci günündə daha iki qarşılaşma baş tutur.


C qrupunun da hər iki görüşü eyni saatda - Bakı vaxtı ilə 23:45-də başlayıb. Qrupda qələbəyə həsrət qalan İtaliya millisi son görüşündə autsayder İrlandiya yığması ilə qarşılaşır. 1/4 finala yüksəlmək üçün İtaliya millisi ən azı 2 top fərqi ilə qalib gəlməlidir. Lakin Xorvatiya - İspaniya matçında hər hansı komanda qələbə qazanarsa, İtaliyanı bir top da qane edəcək. Hələlik qarşılaşmanın ikinci hissəsi başlayıb. Hesab 1:0 italiyalıların xeyirinədir.


Günün ən maraq doğuran matçı isə Xorvatiya və İspaniya milliləri arasında baş tutur. Son iki oyunda bir qələbə, bir heç-heçə edən xorvatlar bu dəfə daha çətin sınaq qarşısındadırlar. Titulunu qorumağa çalışan İspaniya millisinin də qrupda qalmaq ehtimalı var. Belə ki, İspaniya millisi Xorvatiyaya məğlub olarsa, İtaliya yığması da İrlaniyaya istənilən hesabla qalib gələrsə, o zaman son Avropa çempionları turnirlə vidalaşmalı olacaqlar. Xorvatiya-İspaniya oyununda isə hesab açılmayıb - 0:0.


Bütün xəbərlər Facebook səhifəmizdə