“Xəzər Lənkəran” Avstriyada məşqlərin ikinci mərhələsinə başlayıb

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran" klubu Avstriyanın Tirol vilayətində yay təlim məşq toplanışını davam etdirir. Siasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin futbolçuları qeyd olunan ölkənin Zalsburq şəhərinə yollanaraq tarixi şəhərin görməli yerləri ilə tanış olub. Tirol vilayətinin Şeffau qəsəbəsində yerləşən "Kayzer" mehmanxanasında məskunlaşan komanda toplanışın ikinci mərhələsinə start verib.

Onu da əlavə edək ki, məşqçilər korpusunun qərarı ilə iki futbolçu "Xəzər Lənkəran"ın sıralarını tərk edib. Həmin futbolçular portuqaliyalı Joao Paulo Pinto və albaniyalı müdafiəçi Elvin Beqiridir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...