İyunun 21-də Rusiyanın Sankt-Peterburq şəhərindəki "Buz Arena"da qarışıq döyüş növləri üzrə möhtəşəm gecə keçiriləcək. Siasport.az saytının məlumatına görə, gecənin ən maraqlı görüşü məşhur Fyodr Yemelyanenkoyla Pedro Xizzo arasında olacaq. Mötəbət döyüş gecəsində "Miks Fayt" Qarışıq Döyüş Liqasının da təmsilçisi olacaq. Təşkilatçıların son illər qazandığı ardıcıl qələbələri nəzərə alaraq azərbaycanlı Bəxtiyar Arzumanova dəvət göndərməsi barədə məlumat vermişdik. Təəssüf ki, Arzumanov məşq zamanı aldığı zədəyə görə yarışda iştirak edə bilməyəcək. \"Mİks Fayt\" Qarışıq Döyüş Liqasının prezidenti Kənan Məmmədovun sözlərinə görə Arzumanov yalnız 1 aydan sonra rinqə çıxa bilər. Buna görə də, Azərbaycanı İyunun 21-də keçiriləcək möhtəşəm şouda Renat Həsənov təmsil edəcək.
Məlumat üçün bildirək ki, onun rəqibi Rusiyanın tanınmış idmançılarından biri Mixail Malyutin olacaq. Rus idmançı özünü yeni çəkidə 65,8 kq-da sınayır. "Ring of Combat", "UFC Fan EXPO Grappling", "Naga Grappling Championship" kimi mötəbər turnirlərin qalibi, eyni zamanda dünya çempionudur.
Renat Həsənova gəldikdə isə, o, gənc olmasına baxmayaraq MMA-ın perspektivli idmançılarından sayılır. Kənan Məmmədovun sözlərinə görə hazırda Həsənov intensiv məşqlərdə iştirak edir. İdmançı Malyutinlə döyüşə tam hazır olacaq. Bundan əlavə, \"Miks Fayt\" rəhbəri Renat Həsənovun qələbə qazanacağına inandığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB