“Gran Pri”də ikinci həftəyə yekun vuruldu

“Gran Pri”də ikinci həftəyə yekun vuruldu

Qadınlar arasında keçirilən Dünya "Grand Pri"sində ikinci həftənin oyunları sona çatıb. Voleybol Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, birinci həftədə ilk üçlüyü Amerika, Çin, Kuba tutsa da ikinci həftədə bu üçlükdə bir az dəyişiklik olub. Belə ki, hər iki həftənin nəticələrinə görə I yeri Amerika, II Çin, III isə Türkiyə milli komandaları tutub.

Qeyd edək ki, növbəti qrup oyunları üçün III həftə iyun ayının 22-24 tarixlərinə təsadüf edəcək. Növbəti həftə oyunlarının qrupları isə aşağıdakı kimi müəyyən olunub:

Qrup I Qrup J Qrup K Qrup L

YPN ABŞ BRA ITA

ALM SRB Çin POL

KOR TAİL Kuba DOM

TÜRK ARG PORT TPE.

Bütün xəbərlər Facebook səhifəmizdə