Bu gün Avstriyada keçirilən təlim-məşq toplanışı çərçivəsində \"Xəzər Lənkəran\"ın ilk yoxlama oyunu baş tutub. Siasport.az saytının məlumatına görə, cənubluların rəqibi Almaniya Regional Liqasında çıxış edən \"Starnberq\" klubu olub. "Xəzər Lənkəran" qapısından heç bir top belə buraxmadığı qarşılaşmada 6:0 hesablı qələbə qazanıb.
Məlumat üçün bildirək ki, " Xəzər Lənkəran" meydana aşağıdakı start heyəti ilə çıxıb:
Kamal Bayramov, Elnur Allahverdiyev, Eder Bonfim, Rodomir Todorov, Elvin Beqiri, Elnur Abdullayev, Branimir Subaşiç, Robert Alviz, Rikardo Qomeş, Rahid Əmirquliyev, Adrian Pit.
Məlumat üçün bildirək ki, ilk hissədə Branimir Subaşiç fərqlənərək hesabı açıb və fasiləyə qədər hesab dəyişməyib. İkinci hissədə Yunis Hüseynov Adrian Skaralatake, Joao Paulo Pinto, Akif Tağıyev, Ruslan Abışov, Kamran Abdullazadə və Elvin Mirzəyevi matçın müxtəlif dəqiqələrində meydana buraxdı ki, portuqaliaylı Joao Paulo Pintonun het-triki və Kamran Abdullazadə ilə Rahid Əmiruliyevin qollari ilə Lənkəran təmsilçisi böyük hesablı qələbə qazanıb - 6:0.
Xatırladaq ki, \"Xəzər Lənkəran\" növbəti matçını 20 iyunda Kiyev \" Dinamo\"sunun əvəzedici heyətinə qarşı keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB