Bakıda ilk dəfə “Formula-1”

Sabah Bakıda ilk dəfə olaraq "Formula-1" nümunəvi avtoyürüşləri keçiriləcək. SİA-nın xəbərinə görə, "Formula-1"in hazırkı çempionu "Red Bull Racing" komandasının RB7 bolidi təşkil edəcək nümunəvi avtoyürüşlər Neftçilər prospektində, improvizasiya olunmuş yarış trasında baş tutacaq. Yarış bolidini ən məşhur avtoyürüşçülərdən biri, "Formula-1"in əfsanəsi və "Red Bull Racing" komandasının üzvü Devid Kulthard (David Coulthard) idarə edəcək.

Qeyd edək ki, Devid Kulthard bundan öncə "Formula-1"də iştirak edən "Williams" və "McLaren2 komandalarının üzvü olub. Adrian Nyuinin bolidlərində Devid Kulthard 13 qran-pri qalibi olub, 62 dəfə podiuma qalxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...