U-15 yığmamız qələbə qazandı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Futbol Mərkəzində yerləşən "Dalğa Arena"da 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Siasport.az saytının məlumatına görə, yığmanın görüşü "Sumqayıt" klubunun nəzdindəki U-15 və U-16 komandalarının uzvlərindən təşkil olunmuş komanda ilə baş tutub.

Məlumat üçün bildirək ki, görüş 11:2 hesabı ilə yığmann xeyrinə başa çatıb. U-15-in heyətində Baxşəli Baxşəliyev 4 qol vurub. Azər İsmayılov və Pilağa Mehdiyev dubl edib.Kamran Əliyev, Turan Manafov və Oruc İsmayılov isə hərəyə 1 qolla fərqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə