Ukrayna Fransaya 3 dəqiqəyə uduzdu

Ukrayna Fransaya 3 dəqiqəyə uduzdu

Futbol üzrə Avropa çempionatının Ukrayna - Fransa matçı 4-cü dəqiqədə güclü yağış səbəbindən yarımçıq dayandırılıb. Lakin təxminən bir saat sonra yağışın kəsməsi ilə oyuna yenidən start verilib.


Buna baxmayaraq ukraynalılar ilk yarıda qapılarını toxunulmaz saxlayıblar. Lakin ikinci hissədə onlar 3 dəqiqə ərzində rəqibə oyunun taleyini həll etmək üçün iki fürsət veriblər ki, fransızlar da bundan maksimum yararlanıblar. 53 və 56-cı dəqiqələrdə vurulan iki top oyunun taleyinə aydınlıq gətirib. İndi son turda Ukraynanı İngiltərə ilə çətin oyun gözləyir.


Ukrayna - Fransa - 0:2

Qollar: Menez, 53 (0:1), Kabaye, 56 (0:2)


Ukrayna: Pyatov, Selin, Kaçeridi, Mikalik, Timoşşuk, Qusev, Yarmolenko (A.Əliyev, 68), Voronin (Deviç, 46), Nazarenko (Milevski, 60), Konoplyanka, Şevçenko


Fransa: Loris, Debuşi, Rami, Mekses, Klişi, Kabaye (M.Vila, 68), Nəsri, Menez (Martin, 73), A.Diarra, Benzema (Giroud, 76), Riberi

Bütün xəbərlər Facebook səhifəmizdə