Avro-2012: Xorvatiya İtaliyanın işini çətinə saldı

Bu gün Avro-2012-də C qrupunda II turun oyunları keçirilir. SİA-nın verdiyi məlumata görə, günün ilk oyununda İtaliya yığması Xorvatiya ilə görüşüb.


İngiltərəli baş hakim Hovard Uebbin idarə etdiyi oyunda hesabı italyanlar açıb. Oyunun 39-cu dəqiqəsində Pirlo komandasını irəli çıxara bilib. Birinci hissə elə bu hesabla başa çatıb.


Matçın ikinci hissəsində italiyalı oyunçular ancaq sarı vərəqələri almaqla yadda qalıblar. Xorvatlar isə hesabı 72-ci dəqiqəsində bərabərləşdirə bilib. Mandjukiçin vurduğu qol matçda sonunçu olub. Beləliklə, oyun 1:1 hesabı ilə bitib.

Bütün xəbərlər Facebook səhifəmizdə