Taekvondoçularımız Avropa çempionatında iştirak edəcək

Yunanıstanın paytaxtı Afinada 16-21 yaşlı taekvondoçular arasında Avropa çempionatında Azərbaycan idmançılarının rəqibləri məlum olub. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, bu gündən ayın 17-dək davam edəcək yarışın ilk günü bir idmançımız mübarizə aparacaq.

Məlumat üçün bildirək ki, yarımfinalçılar azı bürünc medalı təmin etmiş olacaq. Yarışa yollanan taekvondoçularmızın mübarizə aparacağı günlər və rəqiblərini təqvimi isə belədir:

14 iyun

1-87 kq, 1/4 - Aydın Bəhməlov – (Fransa - İspaniya)

15 iyun

2-74 kq, 1/8 Vladislav Subbotin - Vilson Lajkaj (Çernoqoriya)

2-80 kq, 1/8 - Ceyhun Həsənli – Aleksandros Andrenokidis (Yunanıstan)

2-62 kq, 1/8 - Aytən Səmədli – Anna Qordulko (Ukrayna)

16 iyun

3-63 kq, 1/16 - Elxan İsayev – Anton Skrin (Ukrayna)

3-68 kq, 1/16 - Səbuhi İsmayılzadə - Kayli Vassalo (Malta)

3-53 kq, 1/8 - Günay Ağayeva – Lai Janik (Norveç)

17 iyun

4-54 kq, 1/16 - İmran Zalov - Huqo Abreu (Portuqaliya)

4-58 kq, 1/16 - Pərvin Əliyev - Ömər Aksoy (Türkiyə)

4-46 kq, 1/8 - Xəyalə Quliyeva – Mariya Lupasku (Moldova)

4-49 kq, 1/8 - Türkanə Tahirli – (Ukrayna - Danimarka).

Bütün xəbərlər Facebook səhifəmizdə