“Xəzər Lənkəran” Avstriyada toplanışını davam etdirir

“Xəzər Lənkəran” Avstriyada toplanışını davam etdirir

Xəbər verdiyimiz kimi, Avstriyada toplanışda olan "Xəzər Lənkəran" klubu məşqlərini davam etdirir. Klubdan Siasport.az saytına verilən xəbərə görə, son iki gündə \"Xəzər Lənkəran\"ın məskunlaşdığı Kirxdorf qəsəbəsində yağışlar ara verməsə də gündə iki dəfə olmaqla məşqlər keçirilir.

Məlumat üçün bildirək ki, dünəndən etibarən Kiprin \" Apollon\" klubuna icarəyə verilmiş "Xəzər Lənkəran"ın portuqaliyalı futbolçusu Joao Paulo Pinto da komandaya qoşulub. Futbolçunun cənub klubunda qalıb-qalmamasına isə baş məşqçi Yunis Hüseynovun qərar verəcəyi bildirilir.

Qeyd edək ki,bu gün Lənkəran təmsilçsinin Kirxdorf qəsəbəsinin futbol meydançasında ilk yoxlama oyununu keçirəcəyi gözlənilir. Rəqibin kimliyi haqda isə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə