Rihanna və Şakira DÇ-2012 üçün Azərbaycana gələcək

Rihanna və Şakira DÇ-2012 üçün Azərbaycana gələcək
Super ulduzlar Rihanna və Şakira FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin oyunlarında çıxış edəcək. Siasport.az saytının Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəsmi internet səhifəsinə istinadən verdiyi xəbərə görə, bu Rihanna və Şakiranın Azərbaycanda ilk çıxışları olacaq.

Məlumat üçün bildirək ki, Rihannanın çıxışı oktyabrın 5-i, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək dörddə bir final oyunu zamanı təşkil ediləcək. Şakiranın çıxışı isə oktyabrın 13-ü, saat 19:30-da, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək final oyunu zamanı olacaq. Oyunların biletləri iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin püşkatma mərasimindən sonra, iyulun 10-dan başlayaraq Park Bulvar və Metro Park alış veriş və əyləncə mərkəzləri, Xalq Bank Neftçilər filialı və Bakcell-in Nizami 83 ünvanındakı müştəri xidmətləri mərkəzində satışda olacaq.

Qeyd edək ki, çıxışları FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə