Taekvondoçularımız Olimpiadaya hazırlaşır

Taekvondoçularımız Olimpiadaya hazırlaşır

London Olimpiadasına vəsiqə qazanan Azərbaycan taekvondoçuları qarşıdakı məsul yarışa son hazırlıqları birinci mərhələsini başa vurub. Taekvondo Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi altında Koreya respublikasında təlim-məşqlərdə olimpiada iştirakçıları Ramin Əzizov (80 kq), Fəridə Əzizova (67 kq), Bayraməli Vəliyev (80 kq) və Səbinə Mikayılova (62 kq), eləcə də Olimpiya komandasının baş məşqçisi Conq Conqbay, qadın idmançıları çalışdıran Sun Mi Park və məşqçi Elnur Amanov iştirak edib.

Məlumat üçün bildirək ki, Seul, Yongin, Suvon şəhərlərinin və universitet komandaları, həmçinin Avstraliya, Yeni Zelandiya, İran, Tacikistanın Olimpiadaya hazırlaşan taekvondoçuları, İngiltərəli idmançılarla birgə hazırlıqlar və yoxlama görüşləri istənilən nəticəni verib. Artıq vətənə dönən olimpiya seçmə komandası hazırlığın son hissəsini Qəbələdə davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə