“Grand Pri”də ikinci dövrə başlayır

“Grand Pri”də ikinci dövrə başlayır

Voleybol üzrə qadınlar arasında keçirilən "Grand Pri" yarışlarında ilk dövrə sona çatıb. Siasport.az saytının məlumatına görə, yarışda 16 ölkənin milli komandası mübarizə aparır. Məlumat üçün bildirək ki, artıq ilk dövrəyə yekun vurulub. Belə ki, ilk dövrənin nəticələrinə görə I yerdə Amerika, II Çin, III Kuba milliləri qərarlaşır. İyunun 15-də isə yarışın ikinci dövrəsinə start veriləcək.

Qeyd edək ki, "Grand Pri"də yarışacaq komandalar aşağıda göstərilən qruplara uyğun olaraq mübarizə aparacaq:

E Qrupu - Braziliya, Amerika, Almaniya, İtaliya.

F Qrupu - Yaponiya, Dominikan Respublikası, Tailand.

G Qrupu - Polşa, Çin, Koreya.

H Qrupu - Serbiya, Kuba, Türkiyə, Argentina.

Bütün xəbərlər Facebook səhifəmizdə