Rusiyalı azarkeşlər Varşavanı qarışdırdı

Rusiyalı azarkeşlər Varşavanı qarışdırdı

Polşa və Rusiya milli komandalarının "Avro-2012"-dəki oyunundan əvvəl rus azarkeşləri Varşavada dava-dalaş salıb. Xəsarət alanlar var. Polis həbslər aparıb və silahdan istifadə edib.


Sosial şəbəkələrdə isə hətta bir rus azarkeşinin ölməsi xəbəri yayılıb. Rusiyanın Polşadakı səfərliyindən İTAR-TASS agentliyinə bildirilib ki, bu məlumatın həqiqətə uyğun olub-olmadığı araşdırılır.


Son məlumata görə, polis hər iki tərəfdən üst-üstə 56 nəfəri saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə