Futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start verilib. Siasport.az saytının məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən turnirin beşinci günündə daha iki qarşılaşma baş tutub. Belə ki, Çexiya Yunanıstanla, Polşa isə Rusiya ilə üz-üzə gəlib.
Məlumat üçün bildirək ki, gecənin ilk qarşılaşması Yunanıstan və Çexiya yığmaları arasında baş tutub. İlk görüşdə Polşa ilə heç-heçə edən (1:1) Yunanıstan millisi turnirdə ilk qələbəsini qazanmaq niyyətində idi. Buna baxmayaraq 3 dəqiqə müddətində 2 dəfə fərqlənən Çexiya millisi turnirdə qələbəni ilk rəsmiləşdirmiş oldu- 2:1.
Qeyd edək ki, günün son qarşılaşmasında Polşa millisi Rusiya yığması meydana dəvət edib. İlk görüşdə Çexiyanı 4:1 hesabı ilə darmadağın edən Rusiya bu görüşdə Polşa baryerini aşa bilməyib. Belə ki, bu matçda 1 xal da Rusiyanı qane edib, lakin Polşa millisi vəziyyətini çətinləşdirməmək üçün qələbə əldə etməli idi. Beləliklə, Rusiya istədiyini əldə edib.Hər iki komanda rəqib qapısından 1 top keçirə bilib (1:1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB