Futbol üzrə Avropa çempionatının ikinci turunda Yunanıstan və Çexiya komandaları qarşılaşıb. İlk yarıda çexlər üstün olublar və onlar fasiləyə 2:0 qalib yollanıblar.
İkinci yarıda böyük qüvvə ilə hücuma atılan yunanlar qapıçı Peter Çexin səhvindən istifadə edərək Gekasla hesab arasındakı fərqi azaldıblar. Qalan dəqiqələr ərzində qol olmayınca çexlər görüşdən qalib ayrılaraq mühüm qələbə qazanıblar.
Yunanıstan - Çexiya - 1:2 (İkinci hissə)
Qollar: Jiraçek, 3 (0:1), Pilar, 6 (0:2), Gekas, 53 (1:2)
Yunanıstan: Kalkias (Sifakis, 22), Maniatis, Papadoupoulos, Torrosidis, Holebas, Karagunis (k), Fotakis (Fotakis, 46), Katsuranis, Fortounis (Mitroqlou, 71), Samaras, Salpinqidis
Çexiya: Çex (k), Selassie, Kadleç, Sivok, Limberski, Rosiçki (Kolar, 46), Plasil, Pilar, Hübşman, Jiraçek, Baroş (Pekhart, 64)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB