Bu gün Azərbaycan Voleybol Federasiyasında Azərbaycan Voleybol Federasiyası Hakimlər Kollegiyasının iclası keçirilib. Siasport.az saytının məlumatına görə, iclasda Faiq Qarayev, Elşən İsmayılov, Vitse prezidentlər və hakimlər iştirak edib.

Məlumat üçün bildirək ki, iclasda 2011-2012-ci il mövsümündə Ölkə çempionatında və Avropa yarışlarında hakimlik edən hakimlərimizin illik statistikası təqdim olunub. Statistikaya əsasən I, II,III yerləri Eldar Zülfüqarov, Vüqar Cəfərov və Murad Abdurahmanzadə tutub. Bundan əlavə iclasda Azərbaycan Voleybol Federasiyası Hakimlər Kollegiyasının iclasının Gündəliyi təqdim olunub.

Hakimlər Kollegiyasının iclasının sonunda Azərbaycan Voleybol Federasiyasının Vitse Prezidenti Faiq Qarayev hakim Vüqar Cəfərova Beynəlxalq Voleybol Fedrasiyasının "Beynəlxalq dərəcəli Hakim"sertifikatını təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə