Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına bu gün start veriləcək. Siasport.az saytının məlumatına görə, Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən turnirin beşinci günündə daha iki qarşılaşma baş tutacaq. Belə ki, ilk öncə meydana Yunanıstan və Çexiya yığmaları çıxacaq. Bundan öncə Polşa ilə qarşılaşmada heç-heçə edən Yunanıstan millisi turnirdə ilk qələbəsini qazanmaq əzmindədir. Günün son qarşılaşmasında isə meydan sahibi Polşa millisi Rusiya yığması ilə üz-üzə gələcək.
Məlumat üçün bildirək ki, ilk görüşdə Çexiyanı 4:1 hesabı ilə məğlub edən Rusiyanı millisini bu qarşılaşmada 1 xal da qane edir. Lakin Polşa millisi vəziyyətini yaxşılaşdırmaq üçün bu görüşdə mütləq qələbə qazanmalıdır.
Xatırladaq ki, 4-cü günün oyunlarında isə, ilk olaraq meydana D qrupunun favoritləri Fransa və İngiltərə çıxmışdı və hesab 1:1 heç-heçə alınmışdı. Gecənin ikinci-Ukrayna və İsveç oyununda isə, çempionat təşkilatçıları 2:1 hesabı ilə rəqibi üzərində qələbə qazanmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB