“Sərhəd” hərbi-idman oyununa yekun vuruldu

“Sərhəd” hərbi-idman oyununa yekun vuruldu
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində DSX, Təhsil, Gənclər və İdman Nazirlikləri nümayəndələrinin iştirakı ilə \"Sərhəd\" hərbi-idman oyunununa yekun vurulub. SİA-nın məlumatına görə, final mərhələsində komandalar "Sıra hazırlığı", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili", Avtomatın sökülməsi və yığılması", \"Tüfəngdən hədəfə atəş açmaq", "Maskalanma", "Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi" və "Ləpirçilik" üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Oyun zamanı toplanılan balların ümumi miqdarına görə Horadiz şəhər 1 nömrəli tam orta məktəbinin "Ərgünəş" komandası 1-ci yeri, Ağstafa rayonunun Böyük-Kəsik kənd orta məktəbinin "Sərhədçi" komandası 2-ci, Cəlilabad rayonunun Ləkin kənd orta məktəbinin "Ləkin" komandası isə 3-cü yeri tutub.

Məlumat üçün bildirək ki, yekun tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti rəsi müavini, general-mayor Məhəmməd Abbasquliyev Ulu öndər Heydər Əliyevin sərhədçilərə göstərdiyi qayğıdan və Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi bu cür oyunların gənclərin həyatındakı rolundan danışıb: "Təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Sərhəd Xidməti dinamik inkişafa nail olub. Silahlı qüvvələrin Ali Baş Komandanı, prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlət sərhəd xidməti ölkənin sərhədlərinin mühafizəsini layiqincə təmin edən quruma çevrilib. Bu gün yekununda iştirak etdiyimiz "Sərhəd" hərbi-idman oyunu isə gənclərin vətənə, mənəvi dəyərlərimizə hörmət uğrunda tərbiyə olunması, onlarda sərhədçi peşəsinə marağın artırılması istiqamətində xüsusi rola malikdir".

Qeyd edək ki, daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov isə hərbi idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyət kəsb etdiyini ifadə edib: "Ənənəvi olaraq artıq 8-ci dəfədir ki, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə keçirdiyi "Sərhədçi" hərbi-idman oyununun böyük əhəmiyyəti var. Bu hərbi-idman oyunun bütün sərhəd regionlarında təşkil olunması isə gənclərin hərbivətənpərvərlik ruhunda tərbiyə olunmasına təkan verir".

Onu da əlavə edək ki, hərbi-idman oyununda qalib gələn komandalara qiymətli hədiyyələr və diplomlar təqdim olunub. Daha sonra isə hərbi-idman oyunun iştirakçıları ilə birlikdə xatirə şəkli çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə