Türkiyənin Quşadasının Aydın şəhərində yeniyetmələr arasında keçirilən güləş üzrə 15-ci "Victory Cup" beynəlxalq turniri başa çatıb. Güləş Federasiyasının mətbuat xidmətindən Siasport.az saytına verilən xəbərə görə, turnirdə iştirak edən yeniyetmə sərbəst və qızlardan ibarət yığma komandaların üzvləri ümumilikdə 8 medal – 2 qızıl, 4 gümüş və 2 bürünc qazanıb.
Məlumat üçün bildirək ki, sərbəst güləşçilərin yarışında Ənvərbəy Dalqatov (63 kq) bütün rəqiblərindən üstün olub, Elçin Vəliyev (54 kq) və Cahid Həsənzadə (58 kq) bürünc medala yiyələnib. 85 kq-da mübarizə aparan Çermen Baqayev medalın bir addımlığında büdrəyib və turniri 5-ci sırada tamamlayıb.
Yeniyetmə qızların yarışında isə, 10 çəki dərəcəsindən 5-nin finalında Azərbaycan güləşçiləri mübarizə aparıb. Onlardan Darya Korin (70 kq) final görüşündə də inamlı təsir bağışlayaraq turnirin baş mükafatına layiq görülüb. Yalnız finalda büdrəyən Arzu Əliyeva (46 kq), Ləman Qurbanova (56 kq), Alyona Kolesnik (60 kq) və Raqnetta Qurbanzadə (65 kq) gümüş medalla kifayətlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB