Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin həyata keçirdiyi tədbirlər planına müvafiq olaraq Hövsan Olimpiya İdman Kompleksində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən gənclər arasında boks üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Təhsil"RİM, "DİN"İC, "Qızıl Əlcək"İK, 8 №-li UGİM, "Rabitə" İK, "Neftçi" İSM, "Gömrükçü"İSM, "Turan"İK, Hövsan OİK, "Qalib"İK, "Spartak" İC, "Sərhədçi"İK, "Lokomativ"İSM, MOİK, "Naxçıvan"İK, 19 №-li UGİM kimi 16 idman cəmiyyətini təmsil edən 84 iştirakçı 10 çəki üzrə: 49, 56, 60, 64, 69, 75, 81, 91, +91 kq-da mübarizə aparıb.
Məlumat üçün bildirək ki, birincilikdə 49 kq çəki dərəcəsində I yerə Əkbərov Firdovsi (Qızıl Əlcək İK), 52 kq çəki dərəcəsində I yerə Hüseynov Davud (Təhsil RİM), 56 kq çəki dərəcəsində I yerə Ağamoğlanov Elgiz (Rabitə İK), 60 kq çəki dərəcəsində I yerə İsmayılov Şahin (Təhsil RİM), 64 kq çəki dərəcəsində I yerə Əliyev Rəhim (Qızıl Əlcək İK), 69 kq çəki dərəcəsində I yerə Nağıyev Naib (Nefçi İSM), 75 kq çəki dərəcəsində I yerə Bağırov Nəbi (Təhsil RİM), 81 kq çəki dərəcəsində I yerə İmanov Paşa (Rabitə İK), 91 kq çəki dərəcəsində I yerə Mehdiyev Şükran (Neftçi İSM), +91 kq çəki dərəcəsində I yerə Əsgərov Kamal (Rabitə İK) layiq görülüb.
Qeyd edək ki, yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB