Ronaldo "qiymətə mindi" - 200 milyon avro

İtaliyanın "Milan" klubunun bossları inanılmaz təkliflə çıxış edib. Türk mətbuatının verdiyi xəbərə görə, italyanlar Kriştiano Ronaldonun transferi üçün Madridin "Real" klubuna 200 milyon avro təklif edib. Lakin bu təklifin öz şərtləri var.


Belə ki, "Milan" bu pulu klubun səhmlərinin satışından əldə ediləcək vəsaitlə ödəmək fikrindədir. İş ondadır ki, Dubay şeyxi Əl Maktum "Milan" klubunun səhmlərinin 25 faizini almaq üzrədir. Klubun sahibi Silvio Berluskoninin Dubay şeyxi ilə anlaşmaya müsbət yanaşdığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə