Avro-2012: Danimarkadan sensasiya

Polşa və Ukraynada keçirilən Avropa çempionatının ikinci günü başa çatıb. Ölüm qrupu adlandırılan B qrupunda Danimarka sensasiyaya nail olub, Almaniya isə Portuqaliya qarşısında çətin qələbə qazanıb.


Günün ilk qarşılaşmasında qrupun favoritlərindən sayılan Hollandiya millisi Danimarka ilə üz-üzə gəlib. Çoxları bu oyunda "Narıncılar'ın qələbə qazanacağını düşünsə də, hər şey əksinə olub. Danimarkalılar rəqibini minimal hesabla məğlub etməklə, Avro-2012-də ilk sensasiyanı gerçəkləşdiriblər. Danimarka təmsilçisi Kron-Delinin atdığı qol oyunun taleyini həll edib.


Xarkovun "Metallist" stadionunda 36 min tamaşaçının izlədiyi qrupun digər matçında - Almaniya və Portuqaliya millilərinin dueli böyük maraqla gözlənilirdi. Bu oyunun da taleyini bir qol həll edib. Bundestim 72-ci dəqiqədə Mario Qomesin başla vurduğu qol sayəsində çətin qələbə qazanıb.

Dünən futbol üzrə Avropa çempionatının b qrupunun oyunları keçirilib. Almaniya güclü rəqibinə qalib gələ bildi.

Bütün xəbərlər Facebook səhifəmizdə