“Avro-2012\"nin ikinci günündə hansı ölkə komandaları qarşılaşacaq?

“Avro-2012\"nin ikinci günündə hansı ölkə komandaları qarşılaşacaq?
Bu gün "Avro-2012"-nin ikinci günündə daha iki qarşılaşma baş tutacaq. Siasport.az saytının məlumatına görə, ilk olaraq meydana Hollandiya və Danimarka komandaları çıxacaq.

Məlumat üçün bildirək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Günün ikinci qarşılaşması isə Almaniya və Portuqaliya futbolçuları arasında baş tutacaq. Bu görüşün start fiti isə, Bakı vaxtı ilə saat 23:45-də veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə