Futbol üzrə Avropa çempionatının ilk günü başa çatdı. Məlumata görə, günün və A qrupunun ikinci oyununda Rusiya millisi Çexiya yığması ilə qarşılaşıb. Oyun rusların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada hesabı Rusiya millisi 15-ci dəqiqədə açıb - Alan Dzaqoyev fərqlənib. Bundan 9 dəqiqə sonra Çexiya yığması oyuna yenidən mərkəzdən başlamalı olub. Bu dəfə Rusiya millisinin qolunu Roman Şirokov vurub. Birinci hissə bu hesabla başa çatıb.
İkinci hissədə Çexiya millisi hesab arasında fərqi azalda bilib. 52-ci dəqiqədə Vatslav Pilar komandasının çempionatdakı ilk qolunu vurub. Amma bu, çexiyalıların yeganə qolu olub. 79-cu dəqiqədə Alan Dzaqoyev ikinci dəfə fərqlənib və fərqi yenidən iki topa çatdırıb. Bu, Rusiya millisinin qarşılaşmadakı sonuncu qolu olmayıb. 82-ci dəqiqədə Roman Pavlyuçenko hesabı darmadağın həddinə çatdırıb - 4:1.
Beləliklə, ilk turdan sonra Rusiya millisi 3 xalla A qrupunda liderliyə yüksəlib. Hərəyə 1 xal toplamış Yunanıstan və Polşa milliləri sonrakı yerləri bölüşdürürlər. Çexiya yığmasının isə hələlik xalı yoxdur və sonuncu pillədədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB