EURO-2012-nin açılış oyunu: 2 qırmızı kart, 1 boşa çıxan 11 metrlik və 1:1-lik hesab
Bu gün çoxdandır gözlənilən futbol üzrə Avropa Çempionatına start verilib. Açılış matçında təşkilatçı ölkə Polşa sabiq qitə çempionu Yunanıstanla qarşılaşıb. İlk olaraq meydan sahibləri fərqlənib. Oyunun 17-ci dəqiqəsində Levandovski hesabı açıb. Hakim kobud oyuna görə yunanıstanlı oyunçunu meydandan qovub. Matçın birinci hissəsi elə bu hesabla yekunlaşıb.
Azlıqda qalmasına baxmayaraq oyunun ikinci hissəsinin 51-ci dəqiqəsində Yunanıstan millisi hesabı bərabərləşdirə bilib. Qolun müəllifi Salpangidis olub. İkinci hissə də maraqlı hadisələrlə yadda qalıb. Polşa millisinin qapıçısı rəqib hücumçunu qaydasız fəndlı aldığı üçün meydandan qovulub. Karaqunis 71-ci dəqiqədə penalti şansı əldə etsə də, bundan yararlana bilməyib.
1:1 hesabı ilə yekunlaşan qarşılaşmanı ispaniyalı baş hakim Karlos Velasko Karbalyo idarə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB